Bu gün şəhid Elçin Kərimbəylinin doğum günüdür
Far.Az xəbər saytı

Bu gün şəhid Elçin Kərimbəylinin doğum günüdür


Bu gün şəhid Kərimbəyli Elçinin doğum günüdür. O, 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub.

Far.Az xəbər verir ki, o, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil alıb.

1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirib, hər zaman əsgər yoldaşları arasında fərqlənib. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilib.

20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Bu gün şəhid Elçin Kərimbəylinin doğum günüdür

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Elçinin anım mərasimində qəbirüstü abidəsinin açılışı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər