21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni DETALLAR
Far.Az xəbər saytı

21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni DETALLAR


Xəzər dənizində boğulma hadisəsi baş verib. Hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Quba rayon sakini 21 yaşlı Niyaz Pirməmmədov dostları ilə dənizdə çimərkən suda boğularaq həyatını itirib. Digər üç nəfər isə sudan çıxarılaraq xilas edilib.

Kənd sakinlərindən biri hadisə ilə bağlı Baku TV-yə açıqlama verib.

"Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. N.Pirməmmədov yüksək bal toplayaraq ali məktəbə qəbul olunmuş savadlı, sakit bir gənc idi. Onlar dörd dost olublar. Niyaz suda batmağa başlayanda digər üç nəfər ona kömək etmək istəyib və nəticədə hamısı təhlükə ilə üzləşib. Digər üç nəfəri xilas etmək mümkün olub. Hazırda onlar müxtəlif xəstəxanalarda müalicə olunurlar. Amma təəssüf ki, bu gənc tələbəni xilas etmək mümkün olmayıb", - o söyləyib.

Oxşar xəbərlər

DİQQƏT! - Suda boğulma hallarında şəxsə necə kömək etməli? - Nazirlikdən VACİB MƏLUMAT
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər