Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi, sevgilisi də atıb getdi
Far.Az xəbər saytı

Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi, sevgilisi də atıb getdi


Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki qonaqları keçmiş futbolçu, hazırda model kimi fəaliyyət göstərən Aleks Prikrostov və bloqer Delia Prikrostova olublar.

Delia həyat yoldaşı Alekslə tanışlıq hekayəsindən, münasibətlərinin ilk illərindən və evlilik qərarından danışıb. O bildirib ki, əvvəllər rusla ailə quracağı təqdirdə daha sərbəst həyat yaşayacağını düşünürmüş:

"Hamı deyirdi ki, kef edəcəksən, hər şeyə icazə verəcək. Amma əslində onun içində bir azərbaycanlı "qaqaş" yaşayır. Çox qısqancdır".

Delia münasibətlərinin ilk dövrlərində Aleksin maddi vəziyyətinin ağır olduğunu da etiraf edib:

"Bir dəfə pulqabısını açdım, gördüm ki, cəmi iki manatı var. Heç nə istəmirdi. Bilirdim ki, pulu olmadığı üçün elə deyir. Mən isə çəkilişlərdən normal qazanırdım və ilk vaxtlar hesabları özüm ödəyirdim".

Aleks futbol karyerasının səhv tibbi müdaxilə səbəbindən yarımçıq qaldığını bildirib. O deyib ki, zədədən sonra sınıqçıya aparılması vəziyyətini daha da ağırlaşdırıb və ard-arda dörd əməliyyat keçirib:

"2024-cü ildə ayağımdan zədə aldım. Məni həkimə yox, sınıqçıya apardılar. Səhv müdaxilə oldu. Üç əməliyyatdan sonra yenidən yeriməyi öyrənirdim. Daha sonra dördüncü əməliyyat da keçirildi və futbolu birdəfəlik buraxmalı oldum".

O həmin ağır dövrdə sevgilisinin onu tərk etdiyini də açıqlayıb:

"Əməliyyatda olanda anama deyib ki, mənə bu vəziyyətdə lazım deyil. Sonra üzümə dedi ki, artıq səni istəmirəm. Həkimlər ayağımın amputasiya oluna biləcəyini deyirdilər. Həm sağlamlığımı, həm də sevdiyim insanı eyni vaxtda itirdim".

Oxşar xəbərlər

Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər