Vəfa Yaqublu: Yeni maliyyələşmə modeli ilə 8 min uşaq bağçaya cəlb ediləcək
Far.Az xəbər saytı

Vəfa Yaqublu: Yeni maliyyələşmə modeli ilə 8 min uşaq bağçaya cəlb ediləcək


Daha yüksək təhsil haqqı müəyyən edən özəl bağçaların maliyyələşməsi müsabiqəsindən keçməsi ehtimalı daha aşağı olacaq.

"Far.Az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qiymətləndirmə zamanı əsas meyarlardan biri müəssisənin maliyyə səmərəliliyidir: "Bu meyar yüksək bal çəkisinə malikdir və müəssisənin standart xidmətləri hansı məbləğə təklif etməsi nəzərə alınacaq. Buna görə də həddindən artıq yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq ehtimalı daha aşağı olacaq. Valideynlərə də elanları diqqətlə izləmələri və qaliblər açıqlandıqdan sonra özlərinə uyğun müəssisələri seçmələri tövsiyə olunub".

V.Yaqublu qeyd edib ki, yeni maliyyələşmə modeli dövlət dəstəyi hesabına daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına imkan yaradacaq: "Məktəbəqədər təhsil icbari olmadığı üçün valideynlər bəzən uşaqlarını müəyyən müddətdən sonra bağçadan çıxarırlar. Bu səbəbdən maliyyələşmə illik deyil, aylıq əsasda həyata keçiriləcək. Uşaqların davamiyyəti mütəmadi monitorinq olunacaq və dövlət öz üzərinə düşən maliyyə payını hər ay ödəyəcək. Valideynlər də təhsil haqqını aylıq qaydada ödəməyə davam edəcəklər. Müqavilələr 10 aylıq dövrü əhatə edəcək. Yay aylarında valideynlərin məzuniyyətə çıxması və mövsümi səbəblərlə uşaqların bağçalara davamiyyətinin azalması nəzərə alınaraq bu müddət müəyyənləşdirilib".

O vurğulaylb ki, cari ildə bu maliyyələşmə modeli çərçivəsində 8 min uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur: "Uşaq başqa bağçaya keçərsə, yeni namizəd kimi qiymətləndiriləcək və həmin boş yerlər də müsabiqəyə çıxarılacaq. Hazırda 170-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2026-cı ildə isə daha 10 yeni müəssisə qeydiyyatdan keçib".

Məlumat yenilənir...

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər