"Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik" təsdiq edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik" sənədini təsdiqləyib.
"Report" AMB-yə istinadən istinadən xəbər verir ki, sənədin əsas məqsədi maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqinə, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması səviyyəsinin artırılmasına, həmçinin bu sahədə effektiv idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin formalaşdırılmasına metodoloji dəstək göstərməkdir. Sənəd banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, investisiya fondlarının idarəçiləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarını əhatə edir.
Metodoloji rəhbərlikdə maliyyə məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi, satış sonrası xidmət, müştərilərlə kommunikasiya, eləcə də biznes prosesləri və idarəetmə prinsipləri ilə bağlı əsas metodoloji yanaşmalar müəyyən edilir.
Sənəddə bazar davranışı prinsipləri, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar münaqişəsinin idarə olunması, müqavilə bağlanmazdan əvvəl məlumatların açıqlanması, məhsulların hədəf müştəri seqmentinə uyğunluğunun təmin edilməsi, xidmət keyfiyyəti və əlçatanlığı kimi digər zəruri məsələlər üzrə metodoloji yanaşmalar əksini tapır.
Metodoloji rəhbərliyin tətbiqinin maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın, məsuliyyətli davranışın və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə, maliyyə bazarlarına etimadın möhkəmləndirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafının təşviqinə töhfə verməsi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
"Yay Fest 2026" çərçivəsində Şuşa fləşmobu keçirilib
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
FAO Azərbaycanda su qıtlığına qarşı mübarizə tədbirlərini dəyərləndirib













