Kür çökəkliyində yerləşən yataqlarda neft hasilatı ilə bağlı vəziyyət açıqlanıb
2025-ci ildə Azərbaycanın quru ərazisinin Kür çökəkliyində mövcud olan "Kürsəngi" və "Qarabağlı" neft yataqları blokundan ümumilikdə 0,85 milyon barel neft hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Hesabata əsasən, bu rəqəm 2024-cü ilin göstəriciləri ilə müqayisədə 0,05 milyon barel və ya 5,55 % az olub.
Məlumata görə, keçən il həmin yataqlardan 0,88 milyon barel neft hasilatı nəzərdə tutulurdu ki, bu da proqnozlaşdırılan həcmin 95,6 %-nin yerinə yetirilməsi deməkdir.
Qeyd edək ki, "Kürsəngi" və "Qarabağlı" neft yataqları müvafiq olaraq 1962-ci və 1960-cı illərdən etibarən istismara verilib. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətləri arasında imzalanıb və 22 aprel 1999-cu il tarixində qüvvəyə minib.
"Kürsəngi" və "Qarabağlı" neft yataqlarında əməliyyatların aparılması məqsədilə "Salyan Oil" Ltd. əməliyyat şirkəti təsis edilib. 2002-ci ilin mart ayından etibarən "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətlərinin saziş üzrə payları Çin Milli Neft Korporasiyası (CNPC) tərəfindən əldə olunub. Saziş ərazisi 450 kv.km təşkil edir.
2021-ci ilin sonunda CNPC-nin payı Azərbaycanda fəaliyyət göstərən özəl hasilat şirkəti-startap "GL Group" tərəfindən satın alınıb. Yataqların işlənməsi müddətində 808 quyu qazılıb ki, onlardan 494-ü "Kürsəngi", 314-ü isə "Qarabağlı" yataqlarında yerləşir.
"GL Group" Azərbaycanın Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı", eləcə də Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqları da daxil olmaqla cəmi 5 neft və qaz yatağında əməliyyatlar həyata keçirir. Şirkətlər qrupunun portfelinə "Salyan Oil Limited" və "Taghiyev Operating Company" əməliyyat şirkətləri, habelə neft-qaz sahəsində texniki xidmətlər təqdim edən "GL Technical Services" şirkəti daxildir. "GL Group" 2024-cü ildə ilk beynəlxalq layihəsini reallaşdıraraq Türkiyənin Trakya hövzəsində yüksək potensiala malik qaz yatağında 100 % pay sahibi olan Kanadanın "Gazelle Energy Limited" şirkətinin 25 % payını əldə edib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!
-
Vaşinqtondakı meşə yanğınları yaşayış məntəqələrini külə çevirdi













