Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi
Far.Az xəbər saytı

Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

Far.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dəniz Kərimzadə müvafiq əmrlə Agentliyin Kommunikasiya şöbəsinin rəhbəri təyin olunub.

O, daha əvvəl Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi əsasında yaradılıb.

Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər