Lənkəranın kanalizasiya sistemi yenilənir
Lənkəran şəhərində kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb.
"Far.Az"un Cənub bürosu xəbər verir ki, bu barədə Lənkəran Rayon İcra Hakimiyyəti aparatından bildirilib.
Qeyd olunub ki, kanalizasiya sisteminin yenilənməsini nəzərdə tutan "Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsinin icrasına start verilib. Məlumata görə, bu çərçivədə işlərə şəhərin Səttərxan, Tofiq Aslanov, H.Z.Tağıyev və Koroğlu küçələrindən başlanılıb.
Həmçinin layihə üzrə tikinti-quraşdırma işlərinin miqyasının yaxın günlərdə daha da genişlənəcəyi, layihə çərçivəsində asfalt örtüyünün kəsilərək tullantı poliqonuna daşınması, müxtəlif növ qruntların qazılması və yararsız torpağın kənarlaşdırılması, kommunikasiya xətlərinin köçürülməsi və bərpası, habelə təmir işləri aparılan yolların ərazisində işlər bitəndən dərhal sonra asfaltlanmanın aparılması planlaşdırılır.
Xatırladaq ki, Lənkəran şəhərinin kanalizasiya sistemi ötən əsrin 50–60-cı illərində cəmi 20 min nəfərin tələbatını ödəmək məqsədilə qurulub. Sonrakı dövrdə şəhər və ətraf yaşayış məntəqələrinin əhalisi üç dəfədən çox artdığı üçün köhnəlmiş sistem mövcud tələbatı ödəmir.
Rayon İcra Hakimiyyətindən o da bildirilib ki, kanalizasiya sisteminin yenidən qurulması şəhər və ətraf ərazilərin inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşmasına, ətraf mühitin qorunmasına və bu sahədə mövcud olan çatışmazlıqların birdəfəlik həllinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













