Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Far.Az xəbər saytı

Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa latviyalı həmkarı Bayba Braje ilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, qış dövrü ərəfəsində enerji dayanıqlığının artırılması və Rusiyaya sanksiya təzyiqinin gücləndirilməsi məsələlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X" sosial şəbəkəsində yazıb.

A.Sibiqanın sözlərinə görə, Braje Ukrayna səfirlərinin illik görüşündə iştirak etmək üçün Kiyevə gəlib və Odessaya səfərindən sonra Rusiyanın davam edən raket zərbələrinə baxmayaraq, Ukrayna paytaxtında qalıb.

Ukraynalı nazir latviyalı həmkarının səfərini "həmrəyliyin güclü nümayişi" adlandırıb və qeyd edib ki, Rusiyanın davam edən zərbələri Moskvanın sülhə doğru irəliləmək istəmədiyini göstərir.

"Ətraflı danışıqlarımız zamanı Rusiyanın hücumlarından qorunmaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin son dərəcə vacibliyinə diqqət yetirdik. Bundan başqa, qarşıdan gələn istilik mövsümü ərəfəsində ölkənin enerji dayanıqlığının artırılması üçün konkret addımları müəyyənləşdirdik", - A.Sibiqa yazıb.

O əlavə edib ki, tərəflər Rusiyanın hərbi potensialını daha da zəiflətmək məqsədilə sanksiya təzyiqinin gücləndirilməsi üzrə səyləri əlaqələndiriblər, həmçinin Latviyanın Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü nəzərə alınmaqla BMT çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər