Taksi sürücüsü 8 aylıq hamiləni yarıyolda düşürtdü - "Sizi cəhənnəmə aparacağam"
Bakıda taksi xidmətindən istifadə edən qadınların başına iş gəlib.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, onlar sifariş edən zaman 3 ünvan əlavə ediblər. Marşrut Koroğlu metro stansiyası, Bakıxanov qəsəbəsini və son olaraq Zığ ərazisini əhatə edib.
Koroğlu metro stansiyası yaxınlığında, "Piramida" adlanan ərazidə sərnişinlərdən biri avtomobildən düşdükdən sonra sürücü digər sərnişinlərə də avtomobili tərk etmələrini tələb edib.
İddia olunur ki, sürücü "Mən üç dayanacağa gedə bilmərəm" deyərək sifarişi davam etdirməkdən imtina edib. Digər sərnişinlər isə marşrutun tətbiqdə əvvəlcədən göstərildiyini xatırladaraq, sifarişi son ünvana qədər yerinə yetirməsini tələb ediblər. Hətta əlavə ödəniş etməyə hazır olduqlarını da bildiriblər.
Şikayətçinin iddiasına əsasən, bundan sonra sürücü aqressiv davranış sərgiləyib, avtomobili yüksək sürətlə idarə edərək qəza şəraiti yaradıb və sərnişinləri ölümlə hədələyib. Bildirilir ki, o, "Sizi cəhənnəmə aparacağam" ifadəsini işlədib.
Hadisə zamanı avtomobildə olan sərnişinlərdən birinin 8 aylıq hamilə olduğu qeyd edilir. İddiaya görə, sürücü onları "Koroğlu"da düşürərək hadisə yerindən uzaqlaşıb. Yaşadığı güclü qorxu və stress nəticəsində hamilə qadının səhhəti pisləşib.
Xanım vurğulayıb ki, hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsinə şikayət üncvanlanıb. O iddia edir ki, həmin sürücünün daha öncə Rusiyada qəsdən cinayətə təşəbbüs göstərdiyi üçün həbs edildiyini öyrənib.
Qeyd edək ki, məsələ ilə bağlı araşdırma aparılır.
Hadisə zamanı maşından çəkilən videonu təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
"Yay Fest 2026" çərçivəsində Şuşa fləşmobu keçirilib
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb













