Yaponiya Müdafiə Nazirliyi: Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edirik
Şimali Koreyanın ballistik raket buraxılışı həyata keçirdiyi ehtimal edilir.
"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Şimali Koreyanın ballistik raket buraxdığı ehtimal olunur. Məlumat daxil olduqca xəbər verəcəyik. Yaponiya Sahil Mühafizəsinin gəmiləri sonrakı məlumatları izləməyə və düşən hər hansı bir obyektə yaxınlaşmaqdan çəkinməyə çağırıb", - məlumatda bildirilib.
Qeyd edilib ki, raket böyük ehtimalla artıq Yaponiyanın müstəsna iqtisadi zonasının (ərazi suları da daxil olmaqla, sahəsi təxminən 4,47 milyon km² olan dəniz zonası - red.) hüdudlarından kənara düşüb.
NHK telekanalı xəbər verib ki, hadisə ilə əlaqədar Yaponiyanın Baş naziri Sanae Takaiti müvafiq orqanlara məlumatların toplanması və təhlili üçün bütün səyləri səfərbər etməyi, təyyarələrin, gəmilərin və digər nəqliyyat növlərinin təhlükəsizliyinin yoxlanılmasında diqqətli olmağı, eləcə də "gözlənilməz hallar üçün" zəruri tədbirlər görməyi tapşırıb.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər
-
Kiyev ABŞ-nin Umerovun namizədliyinə razılıq vermədiyi barədə məlumatı təkzib edib













