Ceyhun Bayramov: Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır
Azərbaycan zərurət yaranacağı halda Ukraynaya təbii qaz tədarük etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir.
"Far.Az"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdir ki, Ukrayna bazarındadır, ölkədə fəaliyyətini aktiv şəkildə davam etdirir və enerji əməkdaşlığının gələcək inkişafı üzrə böyük planlara malikdir.
"Hazırda Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığının əlavə qarşılıqlı faydalı istiqamətlərinə dair çox dinamik və fəal dialoq aparılır", - nazir qeyd edib.
C.Bayramov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır, xüsusilə 12 Avropa ölkəsinə qaz tədarük edir ki, onlardan da 10-u Aİ üzvüdür. "Bu baxımdan zərurət yaranarsa, Ukraynaya da qaz tədarük etməyə hazırıq", - o bildirib.
Azərbaycan XİN başçısı həmçinin qeyd edib ki, daha geniş regionun enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə olunması əməkdaşlığın perspektivli istiqamətinə çevrilə bilər.
"Biz bunu gələcək əməkdaşlığımızın çox perspektivli istiqaməti kimi nəzərdən keçiririk", - C.Bayramov əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
"Yay Fest 2026" çərçivəsində Şuşa fləşmobu keçirilib
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb













