Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib
Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq Kilsələri üzrə Dikasteriyasının Prefekti kardinal Klaudio Qucerotti ilə görüşündə deyib.
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına toxunan Komitə sədri ölkəmizin multikultural mühiti haqqında danışıb. O bildirib ki, bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Komitə sədrinin sözlərinə görə, bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.
Vatikanla ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi rolunun olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir.
Ramin Məmmədov əlavə edib ki, bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Dövlət ilə dini icmalar arasındakı münasibətlər dini etiqad azadlığı, sosial ədalət və qarşılıqlı dialoq prinsipləri əsasında qurulub. Bu prinsiplər cəmiyyətin dinc və harmonik mühitdə yaşamasına müsbət təsir göstərir.
Dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan kardinal Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısının, eləcə də müxtəlif din mənsublarına münasibətdə dözümlülüyün digər ölkələr üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, harmoniyanın hökm sürdüyü mühit dini icmalar arasında anlayış və əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır. O, Azərbaycanda bütün dini icmalara, o cümlədən katolik icmasına göstərilən diqqətin, kilsə və məbədlərin bərpası istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.
Klaudio Qucerotti Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını alqışlayaraq, birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin ekoloji böhranlarla mübarizədə din xadimlərinin rolunun artırılması işinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Vatikan rəsmisi ilə Heydər Əliyev Fondunda görüş keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondu Vatikandakı Müqəddəs Pavel Bazilikasının bərpasında iştirak edəcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
-
Məhəmməd Salah Avropada ən çox maaş alan futbolçu ola bilər
-
Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
-
Fars körfəzi ölkələri BƏƏ-də hərbi təlimlər keçirəcəklər
-
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
-
Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər