"Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb
İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
30 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. Pelleqrininin illik maaşı 2,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Pelleqrini "Roma"nın yetirməsidir. O, 2015/2016 və 2016/2017 mövsümlərində "Sassuolo"da çıxış edib, qalan karyerasını isə paytaxt klubunda keçirib.
Yarımmüdafiəçi "Roma" ilə 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. Komanda növbəti mövsüm Avropa Liqasının finalına qədər yüksəlib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb













