Vens: İran Hörmüzdən keçid üçün ABŞ-dən ödəniş almağı planlaşdırmır
İran hökuməti ABŞ-yə Hörmüz boğazı üçün ödəniş müəyyən etməyi planlaşdırmır.
"Report" xəbər verir ki, bu barədə Amerikanın Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bəyan edib.
Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında danışıqlar davam edir.
"İran sistemində bəziləri Hörmüz boğazından keçid üçün ödəniş barədə danışırlar. İranlılar bizə Hörmüz boğazı üçün ödəniş müəyyən etməyi planlaşdırmadıqlarını deyiblər. Biz real addımlara baxacağıq", - vitse-prezident bildirib.
Vens həmçinin qeyd edib ki, ABŞ Hörmüz vasitəsilə neft tədarükünün müharibədən əvvəlki həcminin bərpasına ümid edir: "İran bunu etməyə hazırlaşdığını açıqlayıb. Fars körfəzindəki ölkələr koalisiyası da eyni şeyi istəyir", - o bildirib.
Daha əvvəl İranın XİN rəhbəri Abbas Əraqçi bəyan edib ki, Tehran Hörmüz boğazının idarə olunmasının hüquqi aspektləri və hərəkət marşrutlarının müəyyən edilməsi üzrə Omanla danışıqları davam etdirir, tərəflər razılaşmanın bağlanmasına çox yaxındırlar. Əraqçi vurğulayıb ki, əvvəllər mövcud olmuş marşrut Tehran üçün qəbuledilməzdir və tərəflər bir çox hüquqi və texniki çətinliklərlə müşayiət olunan yeni yol işləyib hazırlamalıdırlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Goranboyda müəmmalı ölüm: Gənc qızın meyiti evdən tapıldı
-
Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
NYT: Arsenalların tükənməsi Pentaqonu HHM sistemlərini Avropadan Yaxın Şərqə yönləndirməyə məcbur edir













