TŞ katibi: Azərbaycan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə tariximizin ən böyük Zəfərini qazanıb
Far.Az xəbər saytı

TŞ katibi: Azərbaycan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə tariximizin ən böyük Zəfərini qazanıb


Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə möhtərəm Ali Baş Komandan, yeni əsrin yeni milli lideri cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, şanlı Ordumuzun və qəhrəman xalqımızın sarsılmaz birliyi və iradəsi ilə tariximizin ən böyük, ən ehtişamlı Zəfərini qazanıb.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

“Yalnız öz gücü hesabına ərazisindəki savaşa son qoyan, dayanıqlı təhlükəsizlik sistemi, hərbi qüdrəti, yüksək iqtisadi potensialı, qlobal proseslərə təsir imkanları ilə dövlətimiz bu gün dünya təcrübəsində uğurlu nümunə yaradıb, fenomen ölkə imici formalaşdırıb. Yeniləşən, inkişaf edən, getdikcə qüdrətlənən Azərbaycan Respublikası möhtəşəm Zəfəri, qələbələri və nailiyyətləri ilə bu gün də öz şərəfli tarixinə yeni səhifələr yazır, xalqımızın daha gözəl, daha parlaq gələcəyinin sarsılmaz təməlini yaradır”, - R.Usubov qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Ramil Usubov: Azərbaycan iqtisadi-sosial təhlükəsizliyin təminində dünyada ən yaxşı göstəricilərdən birinə sahibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər