Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Abbasov Nurlan Səxavət oğlu, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Usubəliyev Şahlar Usubalı oğlu və qeyd edilən bölmənin zabiti İsmayılov Taleh Rizvan oğlunun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ
-
Konfrans Liqası: "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər













