İmişlinin yeddi kəndində içməyə və əkin sahələrini suvarmağa su tapılmır
Far.Az xəbər saytı

İmişlinin yeddi kəndində içməyə və əkin sahələrini suvarmağa su tapılmır


İmişli rayonunun Nurulu, Mirili, Muradalılı, Mürsəlli, Qaralar, Bəcirəvan və Şəmmədli kəndləri bu yay mövsümündə də hər il yaşadıqları su qıtlığı ilə üzləşiblər.

Bu barədə "Report"un Muğan bürosuna adları çəkilən kəndlərin sakinləri məlumat verib.

Onların sözlərinə görə, yay mövsümünün lap əvvəlində bu kəndlərin əhalisinin istifadə etdiyi suvarma kanallarında suyun tamamilə kəsilməsi ucbatından həyətyanı sahələri, bağları və əkin sahələrini suvarmaq mümkün olmur.

Eyni zamanda, bu kəndlərin əhalisinin içməli su ilə təmin olunmasında və heyvanların suvarılmasında da ciddi çətinliklər yaranıb. Sakinlər içməli suyu pulla almağa məcbur olduqlarını, bunun isə ailə büdcələrinə əlavə yük yaratdığını deyiblər.

Problemlə bağlı İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda suvarma mövsümü olduğu üçün suya tələbat xeyli artıb:

"Hazırda kanallara su növbəlilik əsasında verilir. Belə ki, Bəcirəvan, Mirili və Qaralar kəndlərinə artıq suyun verilişi bərpa olunub. Nurulu, Muradalılı, Mürsəlli və Şəmmədli kəndlərinə isə sabah səhər saatlarından suyun verilişi təmin ediləcək".

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər