Gürcüstan XİN Rusiyanı ölkə ərazilərinin de-fakto ilhaqına yönəlmiş addımları dayandırmağa çağırıb
Far.Az xəbər saytı

Gürcüstan XİN Rusiyanı ölkə ərazilərinin de-fakto ilhaqına yönəlmiş addımları dayandırmağa çağırıb


Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanı Gürcüstan ərazilərinin qanunsuz işğalını və onların de-fakto ilhaqına yönəlmiş fəaliyyətini dayandırmağa çağırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-in 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.

XİN-dən qeyd edilib ki, 2008-ci ilin avqustunda Rusiya beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olaraq Gürcüstanın ayrılmaz hissələri olan Abxaziya və Sxinvali bölgələrini işğal edib və daha sonra onları "müstəqil dövlətlər" kimi tanıyıb.

Bəyanatda vurğulanıb ki, müharibədən 18 il keçməsinə baxmayaraq, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini tam yerinə yetirmir.

"Bundan əlavə, Rusiya işğal olunmuş bölgələr üzərində qanunsuz nəzarətini genişləndirir, onların militarizasiyası prosesini davam etdirir və faktiki ilhaqı istiqamətində fəal addımlar atır", – XİN-dən bildirilib.

Nazirliyin məlumatına görə, işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulması, gürcülərə qarşı etnik ayrı-seçkilik və yerli əhalinin təcrid olunması davam edir. Nazirlik həmçinin beynəlxalq təşkilatların işğal olunmuş ərazilərə çıxışının olmamasının vəziyyətin yerində qiymətləndirilməsinə və insan hüquqlarının müdafiəsinə mane olduğunu qeyd edib.

XİN beynəlxalq məhkəmələrin son illərdə qəbul etdiyi çoxsaylı qərarların Rusiyanın beynəlxalq hüququn fundamental normalarını pozduğunu təsdiqlədiyini bildirib.

Bəyanatda Gürcüstanın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş siyasətini davam etdirdiyi vurğulanıb. Qeyd olunub ki, bu məqsədlə diplomatik və hüquqi mexanizmlərdən istifadə edilir və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər