Ən çox turist bu rayona gedib
Far.Az xəbər saytı

Ən çox turist bu rayona gedib


2026-cı ilin ilk rübündə Azərbaycanın bir sıra rayonlarında turizm göstəricilərində yüksək artım qeydə alınıb. Ən yüksək dinamika işğaldan azad edilmiş ərazilərdə müşahidə olunub.

Far.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Turizm gəlirlərinin artım tempinə görə Cəbrayıl ilk sırada qərarlaşıb. Rayonda gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 320 faiz artaraq 226,7 min manatdan 952,7 min manata yüksəlib.

Füzulidə bu göstərici 239 faiz, Zəngilanda 160 faiz, Laçında 126 faiz, ŞuşaAğdamda isə 97 faiz olub.

Bakıda da turizm gəlirləri ötən ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 543,9 milyon manatdan 743 milyon manata çatıb.

Turist sayında da oxşar dinamika müşahidə olunub. Belə ki, Cəbrayıla gedən turistlərin sayı ötən ilin ilk rübündəki 914 nəfərdən 8 min 215 nəfərə yüksələrək 799 faiz artıb.

Zəngilanda turist sayı 929 nəfərdən 6 min 290 nəfərə (577 faiz), Füzulidə 3 min 290 nəfərdən 16 min 563 nəfərə (403 faiz), Ağdamda 7 min 629 nəfərdən 21 min 312 nəfərə (179 faiz), Şuşada isə 15 min 279 nəfərdən 36 min 255 nəfərə (137 faiz) çatıb.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Yuxuların gerçəkləşdiyi gün yetişdi: Növbəti köç karvanları Xocavənd, Şuşa və Cəbrayıla çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər