Azyaşlı şəkər xəstəsi olduğu üçün "Barama" uşaq bağçasından kənarlaşdırılıb?
Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün Bakıdakı uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir. Dediyinə görə, ona xəbərdarlıq edilmədən övladı bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb.
Valideynin sözlərinə görə, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib.
Hədiyyə Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara uşağın 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb olunub. Onların isə bunun xərcini qarşılamaq imkanları yoxdur.
Valideynin sözlərinə görə, bundan sonra bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim edilməyib.
Valideyn deyir ki, bu yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir. Bununla bağlı artıq aidiyyəti qurumlara müraciət olunub.
İddalara aydınlıq gətimək istəsək də, müəssisə rəhbərliyi bizi görən kimi qapıları bağladı, pərdələri çəkdi və işığı söndürdü.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilir? - RƏSMİ CAVAB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













