Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib.
"Far.Az" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbər verir ki, Rusiya hərbçiləri qazma qurğusunda quraşdırılmış avadanlıqdan zərbə dronlarını idarə etmək, eləcə də Ukraynanın cənub şəhərlərinə endirilən zərbələri tuşlamaq və tənzimləmək üçün istifadə ediblər.
HDQ-nin məlumatına görə, qurğuda yerləşdirilmiş kəşfiyyat vasitələrinin köməyi ilə Rusiya qüvvələri həmçinin Ukrayna pilotsuz aparatlarının və heyətsiz katerlərinin hərəkətini aşkar edirdilər.
Bundan əlavə, məlumatda qeyd olunub ki, qazma qurğusu Rusiya xüsusi təyinatlı bölmələrinin və silahlarının, o cümlədən Ukrayna pilotsuz aparatlarına və heyətsiz katerlərinə qarşı mübarizə aparmaq üçün daşınan raket komplekslərinin və digər texnikanın yerləşdirilməsi məqsədilə istifadə olunub.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













