Nika Çitadze: Vaşinqton görüşü Cənubi Qafqazda sülhün təmini üçün ilkin mühüm şərtdir
Far.Az xəbər saytı

Nika Çitadze: Vaşinqton görüşü Cənubi Qafqazda sülhün təmini üçün ilkin mühüm şərtdir


ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün əlverişli zəmin formalaşdırıb.

Bunu "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq, Qafqaz və Qara dəniz regionunun geosiyasəti üzrə ekspert Nika Çitadze Vaşinqton görüşünün birinci ildönümünü şərh edərkən deyib.

Onun sözlərinə görə, prosesin məntiqi nəticəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olmalıdır.

"Bu gün iki ölkə arasında əməkdaşlığın inkişafı alqışlanmalıdır. Bu, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm ilkin şərtdir", - ekspert bildirib.

N.Çitadze qeyd edib ki, ABŞ-nin, Avropa İttifaqının, eləcə də hər iki tərəfin təşəbbüsləri sülh prosesinə mühüm töhfə verir: "Bu təşəbbüslər çərçivəsində həm Azərbaycan, həm də Ermənistanın liderləri sülhün bərqərar olunması istiqamətində siyasi iradə nümayiş etdirirlər".

Politoloq Azərbaycan xalqını ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdiyini də bildirib.

"Azərbaycan dövlətinə iqtisadi, siyasi və geosiyasi baxımdan daha da güclənmə və möhkəmlənmə arzulayıram", - Nika Çitadze əlavə edib.

Oxşar xəbərlər

Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər