Bolqarıstanda Trans-Balkan qaz kəmərinin kompressor stansiyasının yaxınlığında dron partlayıb
Bolqarıstanın hava məkanına Rumıniya tərəfindən daxil olan dron qısa müddət sonra sərhəddən təxminən 100 metr kənarda partlayıb.
"Far.Az" Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rumen Radev Təhlükəsizlik Şurasının təcili iclasından sonra bildirib.
Hadisə Trans-Balkan qaz kəməri xəttindəki Bolqarıstan kompressor stansiyasından təxminən 1000 metr aralıda baş verib.
Baş nazirin sözlərinə görə, dron günəbaxan sahəsinə düşüb. Partlayış nəticəsində heç kim yaralanmayıb, binalara və infrastruktura ziyan dəyməyib. Hadisə yeri mühasirəyə alınıb, mütəxəssislər dronun növünü müəyyənləşdirirlər.
Radev qeyd edib ki, dron nə Rumıniya üzərindən uçarkən, nə də Bolqarıstanın hava məkanına daxil olduqdan sonra aşkar və ya identifikasiya edilməyib. Onun sözlərinə görə, dronun səsini Rumıniya sərhəd polisi qeydə alıb, bundan sonra Bolqarıstan sərhəd patrulu partlayış səsi eşidib.
Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib ki, dronun böyük həcmdə partlayıcı maddə daşıdığı ehtimal olunur.
Oxşar xəbərlər
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













