"Rosatom" rusiyalı mütəxəssisləri İrandakı "Buşehr" AES-ə qaytarır
"Rosatom" Dövlət Korporasiyası rusiyalı mütəxəssislərin İrandakı "Buşehr" atom elektrik stansiyasına (AES) qaytarılmasına başlayıb.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçov deyib.
"Biz mütəxəssislərin inşası davam edən "Buşehr" AES-in meydançasına qaytarılmasına başlamışıq, mühəndis-texniki heyətdən olan ilk 5 nəfər qəsəbəyə gedib və öz iş tapşırıqlarının icrasına başlayıblar", - A. Lixaçov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında münaqişənin növbəti eskalasiyası baş verməyəcəyi təqdirdə, onlarla işçidən ibarət bir neçə qrupun yaxın iki həftə ərzində göndərilməsi planlaşdırılır.
"Əgər hər şey yaxşı olsa, artıq payızda layihədəki heyətimizin sayını 100 nəfərə çatdıracağıq. Əlbəttə, planlarımızda əvvəllər İslam Respublikasından təxliyə edilmiş bütün mütəxəssisləri mümkün qədər tez qaytarmaq var. Lakin müharibədən əvvəlki parametrlərə qayıdış yalnız ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması barədə yekun razılaşmaların təsdiqlənməsindən sonra mümkündür", - A.Lixaçov vurğulayıb.
Beləliklə, "Buşehr" AES-də rusiyalı mütəxəssislərin ümumi sayı 25 nəfərə çatıb.
O, qeyd edib ki, meydançanın özündə 2 və 3 nömrəli enerji bloklarının əsas və köməkçi binalarının inşası davam edir, eləcə də hidrotexniki obyektlərdə hazırlıq işlərinə başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













