Husilərin Moxa limanına hücumu zamanı həlak olanlar var - YENİLƏNİB
Husilərin Yəmənin Moxa limanına səhər saatlarında etdiyi hava hücumu nəticəsində azı yeddi nəfər həlak olub.
"Far.Az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
Daha əvvəl husilər hədəfin Səudiyyə Ərəbistanı qüvvələri və silah anbarları olduğunu bildirərək, hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.
İnsidentin digər təfərrüatları hələlik açıqlanmır.
"Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dəniz sahilindəki Moxa limanına zərbələr endiriblər.
"Far.Az" xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
"Husi dəstələri Moxa limanına raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər", - məlumatda bildirilir.
Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və hökumət qüvvələrinin nəzarəti altındadır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Mingəçevirdə növbəti "Kürü keçək?!" yarışı keçirilib
-
Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
-
Co Baydenin xərçəngi sümüklərə yayılıb
-
İran Hürmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürdü
-
"PAŞA Həyat Sığorta" I yarımilin maliyyə göstəricilərini açıqlayıb













