Rəsmi Ankara: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı ittifaqın hədəfi deyil
Far.Az xəbər saytı

Rəsmi Ankara: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı ittifaqın hədəfi deyil


İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə ittifaqının hədəfi deyil.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib.

H. Fidan sözügedən siyahıya İsrailin də daxil olub-olmaması ilə bağlı suala da cavab verib: "Bir daha təkrarlayıram, bizə təhdid yaratmayan ölkələr hədəf deyil".

Onun sözlərinə görə, Türkiyənin yeni ittifaq yaratmasına NATO-ya üzv ölkələr arasında da etiraz edən yoxdur:

"ABŞ-nin də NATO xaric, bir çox ölkələrlə bənzər əməkdaşlıqları var. İsrail, Yaponiya və digər dövlətlərlə əldə olunan razılaşmalar da bu qəbildəndir. Hətta ABŞ ilə Səudiyyə Ərəbistanı və Qətər arasında da oxşar sazişlər imzalanıb. NATO üzvü Fransanın da yunan Kipri ilə müdafiə əməkdaşlığı mövcuddur. Yəni bu, alyans üçün yeni fenomen deyil".

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıb. Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.

Oxşar xəbərlər

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər