Beş rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Far.Az xəbər saytı

Beş rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq


Bu gün Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının, eləcə də Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.

Bilfirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Nərimanov RETSİ-yə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 14:00-dək Qaradağlı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Tərtər EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə yaranacaq. Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər