Latviya Belarusla sərhədin altında tunel aşkar edib
Far.Az xəbər saytı

Latviya Belarusla sərhədin altında tunel aşkar edib


Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransında bildirib.

"Latviyanın şərq sərhədinin mühafizəsi sərhəd xidməti, dövlət polisi, Milli Silahlı Qüvvələr və təhlükəsizlik xidmətləri arasında daha sıx əməkdaşlıq, eləcə də qeyri-qanuni miqrantların erkən aşkarlanması və saxlanılması üçün pilotsuz uçuş aparatlarından daha intensiv istifadə edilməsi hesabına gücləndiriləcək", - Dombrava deyib.

Baş nazir Andris Kulberqs bildirib ki, cinayətkar şəbəkələr Belarusdan Latviyaya miqrasiyaya şərait yaradır, miqrantlara Şengen zonasına daxil olmağa kömək edirlər.

Onun sözlərinə görə, bununla belə, onların bir çoxu üçün son təyinat məntəqəsi Avropanın digər ölkələridir.

Daha əvvəl Kulberqs miqrasiya ilə bağlı vəziyyəti "hibrid təhlükə" adlandırmışdı. Bununla əlaqədar olaraq Latviya artıq Belarusla sərhəddə xidmət göstərənlərin sayını ikiqat artırıb.

Oxşar xəbərlər

Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər