Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Far.Az xəbər saytı

Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var


Rusiyanın Samara vilayətində yüngül mühərrikli nəqliyyat təyyarəsi qəzaya uğrayıb, bir nəfər xəsarət alıb.

"Report"un Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən məlumatına görə, hadisə avqustun 12-si səhər saatlarında Koşkinsk rayonunun Novaya Jizn yaşayış məntəqəsi yaxınlığında baş verib.

Qəzada xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Başqa xəsarət alan və ya ölən olmayıb.

Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır.

Oxşar xəbərlər

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər