İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü
Far.Az xəbər saytı

İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü


İçərişəhərdə tarixi binalarla bağlı neqativ hal aradan qaldırılıb.

Bu barədə BAKU.WS-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu canlı şəhər məkanı olub, bu gün də burada tarixi mühitlə müasir şəhər həyatının bir arada yaşaması vacibdir:

"Son günlər İçərişəhərin müəyyən hissəsində turistlər və gənclər tərəfindən divar üzərində müxtəlif xatirə yazılarının yazılması ilə bağlı fikirlər səsləndirilir.

Qeyd edək ki, yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur.

Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ "art wall" - xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür.

Bununla yanaşı, tarixi abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilə yolverilməzdir və ciddi nəzarətdə saxlanılır.

Hazırda məsələ polis və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmizlənərək mövcud neqativ hal aradan qaldırılıb.

Məqsədimiz həm İçərişəhərin tarixi simasını qorumaq, həm də onu gənclərin və turistlərin özünü rahat hiss etdiyi canlı şəhər məkanı kimi yaşatmaqdır".

***16:49

İçərişəhərdə tarixi binaların divarlarına müxtəlif yazıların yazılması sosial şəbəkələrdə narazılığa səbəb olub.

Yayılan görüntülərdə tarixi binaların üzərinə adların və müxtəlif ifadələrin həkk edildiyi görünür. Bəzi yazıların kifayət qədər böyük olması isə tarixi tikililərin görünüşünü açıq şəkildə korlayır.

Baku Tv-nin əməkdaşının həmin ərazidən hazırladığı reportajı təqdim edirik:

İçərişəhər Azərbaycanın tarix və memarlıq baxımından ən qiymətli məkanlarından biridir. 22 hektar ərazini əhatə edən İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 1985-ci ildə isə dövlət tarix-memarlıq qoruğu elan edilib.

İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu səbəbdən tarixi tikililərin divarlarına yazı yazılması və abidələrin digər formada zədələnməsi sadəcə estetik problem deyil, həm də tarixi irsin qorunması məsələsidir.

Qeyd edək ki, tarix və mədəniyyət abidələrinin qorunması Azərbaycan qanunvericiliyinin tələblərindəndir. Abidənin görünüşünün qəsdən korlanması və ya ona zərər vurulması konkret halın hüquqi qiymətləndirilməsindən asılı olaraq məsuliyyət yarada bilər.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər