Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Böyük Britaniyada alimlər dərmanların sınaqdan keçirilməsini təkmilləşdirmək və elmi tədqiqatlarda heyvanlardan istifadənin azaldılması məqsədilə Milli Səhiyyə Xidmətinin (NHS) xəstələrindən götürülmüş hüceyrələrdən miniatür insan orqanları və digər toxumalar yetişdirəcəklər.
"Far.Az" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Tədqiqatçılar xəstələrdən götürülmüş toxuma nümunələrindən istifadə etməklə xəstəliklərin inkişafını araşdıracaq və orqanizmin fərdi xüsusiyyətlərini nəzərə alaraq hansı müalicə üsullarının daha effektiv olduğunu müəyyənləşdirəcəklər.
Alimlərin fikrincə, bu cür modellər ənənəvi heyvan sınaqlarına daha dəqiq və etibarlı alternativ ola bilər. Çünki yeni metod vasitəsilə dərmanları birbaşa insan toxumaları üzərində sınaqdan keçirmək mümkün olacaq.
Kembric Universitetinin Kök Hüceyrə İnstitutunun uşaq qastroenterologiyası üzrə klinik professoru Mattias Zilbauer bildirib ki, bu yanaşma gələcəkdə yeni dərmanların hazırlanması prosesinə ciddi təsir göstərəcək.
Onun sözlərinə görə, yeni metodun tətbiqi tədqiqatlarda istifadə olunan heyvanların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verə bilər.
Bununla belə, alim yaxın gələcəkdə tədqiqatlarda heyvanlardan istifadədən tamamilə imtina etməyin mümkün olmayacağını vurğulayıb. Onun sözlərinə görə, bəzi sınaqları yeni modellər üzərində aparmaq mümkün deyil.
Buna baxmayaraq, Zilbauer hesab edir ki, elmi tədqiqatlarda istifadə olunan heyvanların sayını əhəmiyyətli dərəcədə azaltmaq realdır.
Oxşar xəbərlər
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Beynəlxalq Gənclər Günüdür
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb













