Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
Far.Az xəbər saytı

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb


Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi "Mersedes Benz 200" markalı avtomobillə Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən hərəkətdə olan Hacıyev Akif Əli oğlunun idarə etdiyi "Lifan" markalı avtomobillə toqquşub.

Nəticədə Hacıyev Akif Əli oğlu və həmin avtomobildə olan sərnişin Hacıyev Sabir Əli oğlunun almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Həmin avtomobildə olan digər sərnişinlər- Hacıyev Elcan Sabir oğlu, Hacıyev Əli Akif oğlu, Hacıyev Nihad Sabir oğlu və Xurşudov Rza Muhiddin oğlu xəsarət alıblar.

Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər