Paşinyan: Ermənistan Aİİ-də Rusiya ilə eksklüziv münasibətlərə razı deyil
Far.Az xəbər saytı

Paşinyan: Ermənistan Aİİ-də Rusiya ilə eksklüziv münasibətlərə razı deyil


Ermənistan hökuməti ölkənin dəmir yollarının Rusiyanın konsessiyasında olması məsələsini qarşılıqlı maraqları nəzərə almaqla həll etmək istəyir.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

"Biz dəmir yolları məsələsinin dostcasına həll olunmasını istəyirik və kəskin qərarlar qəbul etmək istəmirik. Bir-birimizin maraqlarını anlamalı və güzəştə getməliyik", - o deyib.

Onun sözlərinə görə, məsələnin bir neçə həll variantı var, onlardan biri də Rusiya konsessiyasının tam və ya qismən satılmasıdır.

Baş nazir bildirib ki, problem Rusiya konsessiyasının özündə deyil, Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya olunmaq üçün tarixi imkanı əldən verə bilməsi riskindədir.

Onun sözlərinə görə, Ermənistan dəmir yolu infrastrukturunun potensial irimiqyaslı istifadəçiləri ona investisiya marağı göstərmir və Ermənistandan yan keçən alternativ marşrutlar axtarırlar.

Paşinyan həmçinin Ermənistanla Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasındakı münasibətləri də şərh edib.

"Aİİ məsələsinə gəldikdə, mən demişdim ki, problemin mahiyyəti Rusiyanın eksklüziv münasibətlər gözləntisində olmasındadır və biz bununla razı deyilik. Bu və ya digər şəkildə münasibətləri şaxələndirməliyik. İxracla bağlı problemlər həll olunsa belə, bizim gündəliyimiz dəyişməyəcək", - Baş nazir əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər