TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Far.Az xəbər saytı

TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb


Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb.

"Far.Az"un Qırğızıstan Milli Bankına istinadən verdiyi məlumata görə, memorandumu qurumun sədri Melis Turqunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.

“TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasına yönəlib”, - məlumatda bildirilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər