Türkiyədə 115 nəfərin olduğu qayıqda yanğın - Sərnişinlər dənizə atladı
Far.Az xəbər saytı

Türkiyədə 115 nəfərin olduğu qayıqda yanğın - Sərnişinlər dənizə atladı


Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda içərisində 115 nəfərin olduğu gəzinti qayığında yanğın baş verib.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alovların qısa müddətdə böyüməsi nəticəsində aralarında uşaqların da olduğu sərnişinlər xilasedici jiletləri geyinərək dənizə atılıb.

Hadisə yerinə Türkiyənin Sahil Mühafizəsi və tibbi yardım qrupları göndərilib. Ətrafdakı qayıqlar da xilasetmə işlərinə dəstək verib.

Sərnişinlərin hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Yanğın nəticəsində qayığın böyük hissəsi yararsız vəziyyətə düşüb və daha sonra batmağa başlayıb.

İlkin məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb. Sərnişinlər tibbi müayinədən keçirilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Türkiyədə 115 nəfərin olduğu qayıqda yanğın - Sərnişinlər dənizə atıldı
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər