Atik Əli: İqlim dəyişiklikləri milli sərhədləri aşan əməkdaşlıq tələb edir
Dinlərarası dialoq iqlim dəyişikliyi ilə mübarizə üzrə yüksək səviyyədə formalaşdırılmış ideyaları yerli səviyyədə konkret fəaliyyətlərə çevirə bilər.
“Report” xəbər verir ki, bunu Finlandiyanın Dinlərin Əməkdaşlığı üzrə Milli Forumunun prezidenti Atik Əli Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə panel müzakirəsi zamanı deyib.
"Dini icmalar resurs və təcrübələri birləşdirərək yerli mühitə birbaşa təsir göstərən təşəbbüslərə rəhbərlik edə bilər. Dini qurumlar təhsil və mənəvi tərbiyənin əsas mərkəzləridir ki, bu da onları iqlim savadlılığının yayılması üçün ideal məkanlara çevirir. Dinlərarası qruplar öz mənəvi təlimlərini nəzərə alaraq iqlim dəyişikliyinə yönəlik tədris proqramları və resurslar yarada bilərlər", - o bildirib.
A.Əlinin sözlərinə görə, iqlim dəyişiklikləri milli sərhədləri aşan əməkdaşlıq tələb edən qlobal problemdir.
"Dinlərarası təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə sahəsində bilik və təcrübə mübadiləsinə imkan verəcək qlobal şəbəkələr yaratmaq üçün beynəlxalq ekoloji birliklərlə əməkdaşlıq edə bilər. Bu, insanların planetin gələcəyi üçün qarşılıqlı əlaqəsinin və ümumi məsuliyyətinin əsasını qoyacaq. Biz iqlim dəyişikliyi ilə müharibə vəziyyətindəyik. Biz passiv qala bilmərik, birləşməliyik. Əgər bu müharibəni uduzsaq, planetimizdə əmin-amanlığı itirəcəyik", - o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb
Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü başa çatıb
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Moratinos: Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













