İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb – YENİLƏNİB-2
Far.Az xəbər saytı

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb – YENİLƏNİB-2


İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

"Report"un "The Straits Times"ə istinadən məlumatına görə, bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.

Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib. İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb.

İndoneziyada baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində bir kişi və bir qadın ölüb.

Bu barədə "Report" "The Straits Times"ə istinadən xəbər verir.

Flores adasının şimal sahillərinin, eləcə də cənub rayonlarının, adalarının və bütün cənub bölgəsinin sakinlərinə təxliyə edilmək və sahildən uzaqlaşmaq tövsiyə olunub.

Zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə yerləşib.

Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
İndoneziyada zəlzələ olub, ölənlər var – YENİLƏNİB
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər