AFAD rəhbəri: Türkiyə TDT çərçivəsində yeni layihələrin icrası ilə bağlı Azərbaycanla birlikdə fəaliyyət göstərir
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində layihələrin həyata keçirilməsi və yeni strukturların yaradılması prosesləri ilə bağlı Azərbaycanla birlikdə fəaliyyət göstərir.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında bu ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Ali Hamza Pehlevan bildirib.
Onun sözlərinə görə, Azərbaycanla qardaş dövlət olaraq TDT ilə yanaşı, BMT çərçivəsində də əməkdaşlıqlar var:
"Təbii fəlakətlərin və fövqəladə vəziyyətlərin idarə olunması sahəsində Azərbaycan və Türkiyə hökumətlərinin iştirakı ilə, həm də müxtəlif beynəlxalq platformalar çərçivəsində birlikdə fəaliyyətlər həyata keçiririk. Mütəmadi olaraq birgə təlim və təlim-məşq proqramları icra edirik. İyun ayında AFAD ekspertlərinin iştirakı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin bir qrup əməkdaşının BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (UNOCHA) İNSARAG beynəlxalq attestasiyasından uğurla keçməsi ilə əlaqədar Ankarada toplantı keçirdik".
AFAD sədri qeyd edib ki, TDT çərçivəsində Azərbaycanla yanaşı, digər Türk dövlətləri - qardaş ölkələrlə tez-tez bir araya gəlirlər.
"Bu ilin aprel ayında Özbəkistanın təşkil etdiyi beynəlxalq tədbirdə Türkiyə, Azərbaycan, BMT nümayəndələri arasında həmkarım Kəmaləddin Heydərovla görüşümüz oldu", - o xatırladıb.
AFAD rəhbəri 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın rolunu, Kahramanmaraşda həyata keçirilən "Azərbaycan Məhəlləsi" layihəsini yüksək qiymətləndirdiyini də vurğulayıb:
"Təbii fəlakətlər qaçılmazdır, amma bu fəlakətlərdən çıxardığımız nəticələr, dərslər də önəmlidir. 6 fevral 2023-cü ildə baş verən dağıdıcı zəlzələ zamanı bizə ilk olaraq qardaş əlini uzadan Azərbaycan dövləti və xalqı oldu. Bu hadisə Azərbaycanın Türkiyənin dostu, arxası olduğunu bizə bir daha xatırlatdı".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













