Bakıda nişan və piyada keçidi tıxac yaradır?
Far.Az xəbər saytı

Bakıda nişan və piyada keçidi tıxac yaradır?


Paytaxtın bəzi küçələrində yerləşən piyada keçidləri günün pik saatlarında uzunmüddətli tıxaclara səbəb olur.

Baku TV-nin məlumatına görə, belə keçidlərdən biri Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində yerləşir. Kövkəb Səfərəliyeva küçəsindən gələn sürücü əvvəlcə piyada keçidində yol verməli, daha sonra "Stop" (2.5 nişanı) nişanına əməl etməli, sağa - Dilarə Əliyeva küçəsinə döndükdən sonra isə yenidən piyada keçidində piyadalara yol verməlidir.

Bu isə xüsusilə səhər saat 9 radələrində və axşam 18:00-20:00 aralığında ərazidə uzun tıxacların yaranmasına səbəb olur. Oxşar vəziyyət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığındakı piyada keçidində də müşahidə olunur. Burada sürücülər keçiddən istifadə edən piyadalara yol verməli olduqları üçün nəqliyyatın hərəkətində ləngimələr yaranır.

Bəs nə üçün belə sıx ərazilərdə piyada keçidləri işıqforla tənzimlənmir?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Nəsimi rayonunda Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfor obyektinin quraşdırılması imkanlarının qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb. Müəyyən edilib ki, 28 May küçəsindən Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sağa dönən nəqliyyat vasitələri üçün yalnız bir hərəkət zolağı mövcuddur. Bu səbəbdən həmin kəsişmədə işıqforun quraşdırılması nəqliyyat vasitələrinin yığılmasına və hərəkət intensivliyinin artmasına səbəb ola bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər