NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
Fransa, Almaniya və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair gələcək danışıqların formatı üzərində işləyir, məqsəd danışıqlar masası arxasında Avropanın yerini təmin etməkdir.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" beş avropalı məmura istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın Avropanı danışıqlar prosesindən kənarlaşdıra biləcəyindən, Vaşinqton və Moskvanın isə Avropa ölkələrinin maraqlarını nəzərə almadan Ukrayna üzrə razılığa gələ biləcəyindən ehtiyat edən avropalı diplomatlar mümkün danışıqlarla bağlı vahid mövqe formalaşdırırlar.
Nəşrin məlumatına görə, Fransa və Almaniya Avropanın mövqeyinin formalaşmasında mühüm rol oynayır. Böyük Britaniya isə Tramp administrasiyası ilə münasibətlərdə yarana biləcək böhrandan ehtiyat edərək daha ehtiyatlı davranır.
Bununla yanaşı, Avropa ölkələri hesab edir ki, Rusiya ilə Ukrayna üzrə istənilən danışıqlar ABŞ-nin rəhbərliyi ilə aparılmalıdır. Rusiyanın Ukraynaya raket zərbələrinin intensivləşməsi fonunda avropalı diplomatlar Trampı və onun nümayəndələrini Moskva ilə təmasları bərpa etməyə çağırırlar.
NYT-nin məlumatına görə, avropalı məmurlar Rusiya Prezidenti Vladimir Putinin ciddi danışıqlara hazır olduğuna dair demək olar ki, heç bir əlamət görmürlər. Eyni zamanda, onlar münaqişənin daha da kəskinləşməsindən və Rusiyanın qışda Ukrayna qüvvələrinin mövqelərinə və mülki infrastruktur obyektlərinə mümkün hücumundan ehtiyat edirlər.
Nəşrin məlumatına görə, bəzi Qərb məmurları Rusiyanın sentyabrda keçiriləcək parlament seçkilərindən sonra məhdud səfərbərlik elan edə biləcəyini və münaqişənin daha da gərginləşəcəyini istisna etmirlər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













