İspaniya və Mərakeş gözlənilən yeni miqrant axını fonunda sərhəd mühafizəsini gücləndirib
Far.Az xəbər saytı

İspaniya və Mərakeş gözlənilən yeni miqrant axını fonunda sərhəd mühafizəsini gücləndirib


İspaniya və Mərakeş sosial şəbəkələrdə miqrantların Seutaya daxil olmaq üçün yeni kütləvi cəhdinə dair çağırışların yayılmasından sonra sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

"Far.Az" xəbər verir ki, bu barədə "DPA International" məlumat yayıb.

Sərhədin Mərakeş hissəsindəki Fnidek şəhərində tikanlı məftillərdən əlavə maneələr quraşdırılıb. Sahildə katerlər patrul xidməti aparır, sərhəddə su şırnaqları quraşdırılıb, giriş yollarında isə əlavə nəzarət-buraxılış məntəqələri yaradılıb.

Seutada İspaniya Milli Polisinin 880 əməkdaşı yerləşdirilib ki, bu da iyulun sonu ilə müqayisədə 270 nəfər çoxdur. Onlara 2 minə yaxın hərbçi və Mülki Qvardiyanın 700 əməkdaşı dəstək verir.

İspaniya rəsmilərinin məlumatına görə, iyulun 30-da baş verən kütləvi axın zamanı dənizdən 83 nəfərin meyiti çıxarılıb. Qeyri-hökumət təşkilatları qurbanların sayının 100-dən çox olduğunu təxmin edir.

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, hazırda Seutada 5 minə yaxın miqrant qalmaqdadır. Onun sözlərinə görə, anklavda vəziyyətin tam qaydaya düşməsi üçün vaxt lazım olacaq.

Oxşar xəbərlər

DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
İspaniya ilə Mərakeş arasında Seuta hadisəsi - Avropanın narahatlığı - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər