Çin Şimal Dəniz Marşrutu ilə Avropaya həftəlik reyslərə başlayıb
Çinin "Sealegend Shipping" gəmiçilik şirkəti Şimal Dəniz Marşrutu ilə Avropaya müntəzəm həftəlik reyslərə başlayıb.
"Report"un Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, avqustun 15-də Ninbo-Çjouşan limanında yeni marşrutla Avropaya yola düşəcək "Dubai Tower" gəmisinə konteynerlərin yüklənməsinə başlanılıb.
Gəmi enerji saxlama sistemləri, dartı akkumulyatorları, fotovoltaik modullar və alternativ enerji avadanlıqları üçün digər komponentlər daşıyır.
Marşrut çərçivəsində konteyner gəmiləri Felikstou, Rotterdam, Hamburq və Qdınya limanlarına daxil olacaq. Şimal Dəniz Marşrutu ilə Çindən Avropaya səfər təxminən 20 gün çəkir. Süveyş kanalı üzərindən isə bu müddət təxminən 40 gündür.
Buz şəraitinə görə Arktika marşrutu üzrə reyslər iyul-oktyabr aylarında həyata keçiriləcək. Çində "Çin-Avropa Arktika Ekspresi" adlandırılan marşrut üzrə ilk konteyner gəmisi 2025-ci il sentyabrın 22-də Ninbo-Çjouşandan Avropaya yola düşüb. Həmin vaxt gəmi Böyük Britaniyaya 20 gün ərzində çatıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Süveyş kanalındakı gərginliyin nəticələri və alternativ yollar – ŞƏRH
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Bu gündən metronun "28 May"–"Nizami" stansiyaları arasında hərəkət dayanır
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər













