Texniki xəta, yoxsa qəsdən? - İran televiziyasında müəmmalı "səhv"
Dünəndən bəri İranda yeni bir qalmaqal medianın və sosial şəbəkələrin diqqət mərkəzində olan mövzulardan birinə çevrilib, hətta bu barədə artıq müəyyən təhlillər də meydana çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran"ın "YouTube" kanalında yayımlanan videomaterialda qeyd olunub.
Söhbət İran dövlət televiziyasında yayımlanan reportajda Xarici İşlər Nazirliyinin adının səhvən "Xəvaric İşləri Nazirliyi" kimi yazılmasından gedir.
Çoxları bu fikirdədir ki, həmin yazı qətiyyən texniki yanlışlıq deyil və Məsud Pezeşkian hökuməti, o cümlədən reportajda göstərilən XİN rəhbəri Abbas Əraqçi ilə münasibətləri gərgin olan dövlət televiziyasının bilərəkdən və qəsdən atdığı addımdır.
Qeyd edək ki, həmin məna dəyişikliyinin yaranması üçün farsca yazılışda "xarici" sözünə bir hərfin artırılması kifayətdir və dövlət televiziyasının qalmaqala səbəb olan görüntülərində də məhz bu baş verib.
Belə ki, bu günlərdə İran Xarici İşlər və Səhiyyə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb və sənədin imzalanma mərasimində hər iki nazirliyin rəhbərləri - Abbas Əraqçi və Məhəmmədrza Zəfərqəndi jurnalistlər qarşısında çıxış ediblər. Dövlət televiziyası da bu mərasim barədə reportajında qeyd olunan "xətaya" yol verib. Amma bu, adi xəta deyil, İran siyasi leksikonunda çox ağır ittiham sayılan bir sözün Xarici İşlər Nazirliyinə və konkret olaraq Əraqçiyə şamil olunmasıdır.
Oxşar xəbərlər
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













