Ötən gün 25 nəfər saxlanılıb
Avqustun 25-də axtarışda olan şəxslər saxlanılıb, qanunsuz silah-sursat və narkotik vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışları aparılan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri zamanı ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə və psixotrop tərkibli 22 həb aşkar edilərək götürülüb.
Bundan başqa, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 1 tapança, 4 tüfəng və müxtəlif çaplı 313 patron aşkarlanaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın və narkotik vasitələrin aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bu ilin beş ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb
Beş tondan artıq narkotik vasitə məhv edilib
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib













