Birləşmiş Ştatlar Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini uzadıb
Far.Az xəbər saytı

Birləşmiş Ştatlar Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini uzadıb


ABŞ Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini daha bir il - 14 sentyabr 2027-ci ilə qədər uzadıb.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın hökumətin federal reyestrində dərc olunmuş bəyanatında bildirilib.

Sənəddə ticarət embarqosunun uzadılmasının ABŞ-nin milli maraqlarına uyğun olduğu qeyd edilir.

Xatırladaq ki, ABŞ 1961-ci ildə Amerikanın adadakı əmlakının milliləşdirilməsindən sonra Kuba ilə diplomatik münasibətləri kəsib, bundan sonra ticarət və iqtisadi embarqo tətbiq edib.

2014-cü ildə Barak Obama administrasiyası Havana ilə münasibətləri normallaşdırmaq və sanksiyaları yumşaltmaq siyasətinə başlayıb. 2015-ci ildə Kuba ABŞ-nin terrorizmin dövlət sponsorları siyahısından çıxarılıb.

Tramp 2017-ci ildə Ağ Evə qayıtdıqdan sonra Vaşinqtonun Havanaya qarşı siyasəti yenidən sərtləşib. ABŞ Kubaya səyahətləri məhdudlaşdırıb, Kuba Ordusu tərəfindən idarə olunan bir neçə təşkilatla əməkdaşlığı qadağan edib, daha sonra yenidən ölkəni terrorizmin dövlət sponsorları siyahısına yenidən daxil edib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər