Qazaxıstanda sutka ərzində daha bir NEZ-də fövqəladə hadisə baş verib
Çimkənd (Qazaxıstan) neft emalı zavodunda (NEZ) elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
"Far.Az" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə "KazMunayQaz" şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Çimkənd NEZ-də KEGOC-un 220 kV gücündə xarici elektrik təchizatı şəbəkəsində gərginlik qısa müddətə aşağı düşüb. Elektrik enerjisi artıq bərpa edilib. Hazırda mütəxəssislər texnoloji qurğulardan birini yenidən işə salırlar. Digər obyektlər ştat rejimində işləyir", - məlumatda bildirilib.
NEZ-dən verilən məlumata görə, insident neft məhsullarının gündəlik istehsal həcminə təsir göstərməyib, yanacağın yola salınması fasiləsiz davam edir.
"Avtomatika və qəza əleyhinə mühafizə bu cür gərginlik sıçrayışlarının fəsadlarını minimuma endirməyə imkan verir", - zavoddan aydınlıq gətiriblər.
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













