Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edib və xidməti mənzillərə baxış keçirib
Baş prokuror Kamran Əliyev Şəki rayonunda vətəndaşları qəbul edib və xidməti mənzillərə baxış keçirib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kamran Əliyev Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak etmiş 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Daha sonra Şəki rayonunda xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan, təmiri başa çatdırılan, habelə zəruri mebel və avadanlıqlarla təchiz olunmuş xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək burada yaradılmış şəraitlə yerində tanış olub və əməkdaşların sosial-məişət təminatının gücləndirilməsi məqsədilə görülən işləri yüksək qiymətləndirib.
Baş prokuror burada yaradılmış şəraitin Prezident İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək, buna görə dövlət başçısına təşəkkürünü ifadə edib.
Bildirib ki, görülən tədbirlər regionlarda çalışan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli həyata keçirməsi üçün zəruri imkanların yaradılmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi və xidmət üçün zəruri infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
Xüsusi geyim, dəbilqə: Sistern vaqonlar necə təmizlənir?
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub













