Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər
Süni intellekt texnologiyası Teymurilər sülaləsinin tarixini gənclər arasında populyarlaşdırmaq üçün effektiv alət ola bilər.
"Report"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq mediaforumda bildirib.
Onun sözlərinə görə, süni intellektin köməyi ilə geniş auditoriya üçün daha əlçatan və maraqlı olacaq tarixi şəxsiyyətlər haqqında bədii-sənədli filmlər yaratmaq mümkündür.
"Teymurilər tarixinin və onların təkcə hökmdar kimi deyil, həm də alim, həkim və müxtəlif sahələrin mütəxəssisləri kimi nə qədər böyük şəxsiyyətlər olduqlarını göstərmək üçün süni intellektdən istifadə etmək olar", - Hüseynəliyev qeyd edib.
O, region ölkələrinin birgə media layihələrinin əhəmiyyətini vurğulayıb və "Qazaxıstan" telekanalının Türk xalqlarının mədəni irsi haqqında sənədli film yaratmaq təşəbbüsünü qeyd edib.
"Bu filmi yayımlandıqdan sonra bütün ölkələrimizdə nümayiş etdirə bilərik. Bunun üçün dublyaj, subtitrlər və digər vasitələrdən istifadə etmək mümkündür. Belə təşəbbüsləri alqışlamaq lazımdır", - "Report"un direktoru deyib.
F.Hüseynəliyev həmçinin Azərbaycan və Özbəkistanın tarixi əlaqələrinə diqqət çəkərək, Teymurilər dövründə Səmərqənddə memarlıq tikililərinin inşasına Azərbaycandan sənətkarların, o cümlədən inşaatçı və memarların cəlb olunduğunu qeyd edib.
O, tarixi irsin təbliği məqsədilə Azərbaycanda artıq süni intellektin tətbiq olunduğu layihələr üzərində iş aparıldığını bildirib. Xüsusilə, Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsən haqqında tamamilə süni intellektin köməyi ilə yaradılmış tarixi sənədli film nümayiş etdirilib.
"Bundan başqa, ayrı-ayrı filmlər də çəkilir və hazırlanır. Onlar hələ tam təqdim olunmayıb, lakin mən bilirəm ki, Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin həyat və fəaliyyətinə həsr olunmuş layihələr var", - o bildirib.
Bununla yanaşı, F.Hüseynəliyev vurğulayıb ki, tarixi mövzularda süni intellektdən istifadə etməklə filmlərin istehsalı zamanı peşəkar tarixçiləri və tədqiqatçıları cəlb etmək zəruridir.
"Ən əsası odur ki, bu filmlərdə tarixi həqiqət maksimum dərəcədə aydın təqdim olunsun. Filmlər peşəkar tarixçilərin və alimlərin cəlb edilməsi ilə yaradılmalıdır", - o vurğulayıb.
Onun sözlərinə görə, bu cür birgə media layihələrinin inkişafı Azərbaycan və Özbəkistanın media məkanları arasında qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə kömək edəcək.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi













