Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib
Far.Az xəbər saytı

Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib


Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) Protokol idarəsinin rəisi Maksimilian Henniqə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səfir Kamil Xasiyev 25 avqust 2026-cı il tarixində etimadnaməsinin surətini Avstriya Respublikası Xarici İşlər Nazirliyi Protokol idarəsinin rəisi cənab Maksimilian Henniqə təqdim etmişdir", - paylaşımda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 29-da K. Xasiyevin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Daha əvvəl bu vəzifəni Rövşən Nüsrət oğlu Sadıqbəyli icra edirdi.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər